Avropa Voleybol Konfederasiyası Rusiyanın iki klubunu cəzalandırıb

Avropa Voleybol Konfederasiyası Rusiyanın iki klubunu cəzalandırıb
19:42 18 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropa Voleybol Konfederasiyası (CEV) Rusiyanın kişi voleybolçulardan ibarət iki klubunu cəzalandırıb.
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, buna səbəb "Beloqorie Belqorod"un CEV Çempionlar Liqasının üçüncü həftəsi çərçivəsində A qrupunda "Dənizbank"la, "Dinamo Moskva"nın isə B qrubunda "Ziraat Bank"la keçirəcəyi oyunlar üçün Türkiyəyə səfərdən imtina etmələridir.
Qərara əsasən, hər iki rus komandasına texniki məğlubiyyət verilib, türk klublarının aktivinə isə 3 xal yazılıb. Nəticədə "Ziraat Bank" 9 xalla qrup liderliyinə yüksəlib.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR