Siyəzən rayonunda intihar faktı qeydə alınıb.
APA-nın verdiyi məlumata görə, Siyəzən rayonunun Sədan kənd sakini, 1983-cü il təvəllüdlü Muradov Saleh Daşdəmir oğlu Siyəzən şəhərində yaşadığı evdə intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
S.Muradovun bir azyaşlı övladı var.
Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az