Jurnalist Gülər Məmmədova vəfat etdi

Jurnalist Gülər Məmmədova vəfat etdi
05:41 19 Dekabr 2015
1364 Digər
Ölkə mətbuatı
A- A+

ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəndən əziyyət çəkən jurnalist Gülər Məmmədova bir saat əvvəl dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, son günlər Gülər Məmmədovanın vəziyyəti ağırlaşmışdı. O, ağciyərlərində problem yarandığına görə, çətin nəfəs alırdı. Bu səbəbdən G.Məmmədova üç gün idi ki, süni nəfəs aparatına qoşulmuşdu.

Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunmuşdu. Daha sonra Azərbaycana qayıdan jurnalistin vəziyyəti yenidən pisləşmişdi. Müayinə zamanı məlum olmuşdu ki, o, yenidən qan xərçənginə tutulub.

G.Məmmədova müalicə almaq üçün yenidən Türkiyəyə aparılmışdı. Onun Osman və Ayan adında iki azyaşlı övladı var.

Allah Rəhmət Eləsin...




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR