Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən noyabrda 15 minə yaxın müraciət cavablandırılıb

Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən noyabrda 15 minə yaxın müraciət cavablandırılıb
14:53 19 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC 
2015-ci ilin noyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 14 min 928 müraciət cavablandırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 26,21 faizi vergi nəzarəti tədbirləri, 23,71 faizi vergilər və onların ödənilməsi qaydaları, 6,5 faizi vergi qanunvericiliyi, qalanları isə digər məsələlər barədə olub.
Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 4375 zəng daxil olub, 2310 zəng zamanı vergi borcu, 865 zəng zamanı isə vergi növləri ilə bağlı məlumatlar verilib.
Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 201 min 689 mesaj, o cümlədən 200 min qısa mesaj (sms) göndərilib.
Ay ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 377 min 205 daxilolma qeydə alınıb.
2015-ci ilin noyabr ayında vergi ödəyicilərinə xidmət strukturlarına ümumilikdə 29 min 535, o cümlədən Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət mərkəzinə 2760 müraciət daxil olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergiler_Nazirliyinin_CHagri_Merkezi_terefinden_noyabrda_15_mine_yaxin_muraciet_cavablandirilib-912683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR