Azərbaycanda elektron imza istifadəçilərinin sayı 32,5 faiz artıb

Azərbaycanda elektron imza istifadəçilərinin sayı 32,5 faiz artıb
18:13 20 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Bu ilin dekabrın 1-nə olan məlumata görə, ölkədə 37 min 880 elektron imza sertifikatı əldə olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilin əvvəli ilə müqayisədə verilən elektron imzaların sayında 32,5 faiz artım müşahidə olunub və həmin vaxt istifadədə olan e-imzaların sayı 28 min 579 ədəd təşkil edib.
Qeyd edək ki, elektron imza yalnız imzalama vasitəsi deyil, həm də “Elektron hökumət” portalına daxil olmaq üçün autentifikasiya vasitəsi və elektron xidmətlərdən istifadə üçün giriş açarıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_elektron_imza_istifadechilerinin_sayi_325_faiz_artib-912819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR