Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
ANS PRESS-in məlumatına görə, dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 36.42 dollar olub.
“Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə 34 dollara yaxınlaşır.
Belə ki, “Texas” (WTI) markalı neftin barelinin qiyməti bu gün 34.55 dollar olub.
Mənbə: Bloomberg
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə ucuzlaşaraq 36,55 dollar təşkil edib.
Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti 34,20 dollar olub. Gümüşün qiyməti isə 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Mənbə: Bloomberg
Azərbaycan manatının məzənnəsində avro və dollara qarşı dəyişiklik olmayıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0499 AZN təşkil edib. 1 avro isə ucuzlaşaraq 1.1394 AZN-ə dəyişdirilir. Rusiya və Türkiyə valyutasında isə rubl ucuzlaşıb - 1 rubl 0.0148 AZN, 1 Türk lirəsi isə bahalaşıb - 0,3583 AZN.
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
Mənbə: Mərkəzi Bank