Manat 55 faizə qədər ucuzlaşdı: YENİ MƏZƏNNƏ

Manat 55 faizə qədər ucuzlaşdı: YENİ MƏZƏNNƏ
09:54 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

1 dollar - 1,55 manat, 1 avro - 1,685 manat oldu

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

 

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

 

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR