Şəhriyar Məmmədyarov “Qatar Masters Open-2015” beynəlxalq şahmat turnirində ilk qələbəsini qazanıb

Şəhriyar Məmmədyarov “Qatar Masters Open-2015” beynəlxalq şahmat turnirində ilk qələbəsini qazanıb
16:28 21 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Qətərin paytaxtı Dohada “Qatar Masters-2015” beynəlxalq şahmat turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və digər tanınmış şahmatçılar iştirak edirlər.
Birinci turda Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Natalia Jukova üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazmağa müvəffəq olub. İkinci turda həmyerlimizin rəqibi Sinqapur şahmatçısı Jonq Janq olacaq.
Otuz ölkədən şahmatçının qatıldığı yarış İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehriyar_Memmedyarov_Qatar_Masters_Open_2015_beynelxalq_sahmat_turnirinde_ilk_qelebesini_qazanib-912961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR