Rəşid Behbudov Azərbaycanın əbədi qürurudur

Rəşid Behbudov Azərbaycanın əbədi qürurudur
21:58 21 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Dekabrın 20-də İsrailin Netaniya şəhərində Azərbaycanın böyük müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilən təntənəli tədbir böyük müvəffəqiyyətlə keçib. Tədbirin təşkilatçıları bu böyük müğənninin təntənəli gecəsinə bu qədər israilli – Rəşid Behbudov istedadının pərəstişkarları axışıb gələcəyini gözləmirdilər.
Gələnlərin sayı o qədər çox olub ki, təcili tədbirlər görmək lazım gəldi və yerindəcə 250 nəfərlik zalı Netaniya Mədəniyyət Mərkəzindəki 500 nəfərlik zal ilə əvəz etmək qərara alınıb.
Təntənəli mərasimlə əlaqədar Rəşid Behbudovun ailəsi – qızı, Azərbaycanın Əməkdar Artisti Rəşidə Behbudova, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev və böyük müğənninin nəvəsi – Rəşid Behbudov, habelə Behbudovlar ailəsinin dostu Atəş Rzayev Azərbaycanın İsraildə keçirilən bu böyük bayramında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova tədbiri açaraq deyib: “Rəşid Behbudov Azərbaycanın qürurudur. O, İtaliya, Bolqarıstan, Macarıstan, Hindistan, Çin, Suriya, Türkiyə, Misir, İordaniya, İran, İraq, Polşa, Finlandiya və Latın Amerikası ölkələrinə qastrollarında tamaşaçıların və pərəstişkarların məhəbbətini qazanıb. Müğənni bütün ölkələrdə konsertlərini “Azərbaycan” mahnısı ilə başlayır və bu mahnı ilə də qurtarırdı”.
“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, israilli ekspert Arye Qut vurğulayıb ki, xeyirxahlıq, həyat eşqi və eyni zamanda özünə qarşı olduqca böyük tələbkarlıq bu böyük ustadın özəl keyfiyyətləri olub. O deyib: “Bu gün böyük artistin, müğənninin, xalqının vətənpərvər öğlunun ruhu İsraildə, bu zalda bizimlədir. Onun Azərbaycan mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılmış yaradıcılığı bütün dünya üçün ifaçılıq məharətinin nümunəsidir. Rəşid Behbudovun eşazkar səsinin tayı-bərabəri yoxdur”.
Sənətkarın qızı Rəşidə Behbudova çıxış edərək bildirib ki, o, bu gün atasının arzusunu həyata keçirib – bu gün Rəşidin ruhu İsrail dövlətidədir və böyük müğənniyə həsr edilən bu böyük Azərbaycan bayramında iştirak etmək və israilli pərəstişkarlar qarşısında çıxış etmək onun üçün böyük şərəfdir. O deyib: “Atam sinədolusu yaşadı. Yaşadığı kimi – sevgi dolu ürək və geniş qəlbi ilə oxudu. İnsanlara olan sevgisindən nəfəs aldı. Azərbaycan dövləti və xalqı atamı ürəkdən sevir və qiymətləndirir. O, mahnılarımızı, romanslarımızı, xalq mahnılarımızı, dünya ölkələrinin gözəl melodiya və mahnılarını sevə oxuyub. Atamın çoxlu yəhudi dostları olub. Təmiz, səmimi insanların onun xatirəsini yad etmələri və ailəsinə hörmətlə yanaşmaları mənim üçün çox qiymətlidir! Bu, böyük şərəfdir və yəhudi xalqı tərəfindən Rəşid Behbudova böyük hörmətdir”.
Akko şəhərində Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Şirin Nexamiya Mixaeli Rəşid Behbudovun ailəsini salamlayıb, O, “Odlar Yurdi” teatr truppasının tədbiri böyük peşəkarlıqla təşkil etməsindən qürur duyduğunu deyib. Sonra Şirin Nexamiya Mixaeli Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, “STMEGI” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevin məktubunu oxuyub.
Məktubda yazılıb: “Böyük Rəşid Behbudov Azərbaycan xalqının əsl qüruru olub və olmaqda qalır. Əslən Azərbaycandan olan bir yəhudi kimi, mən və həmyaşıdlarım Rəşid behbudovun mahnıları ilə böyümüşük. Fəxr edirəm ki, böyük Rəşidin canlı ifasını eşitmişəm. O, geniş qəlbli insan idi. Təəssüf ki, şöhrətin zirvəsində ikən bizi qəflətən və gözlənilmədən tərk etdi, lakin onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı”.
Azərbaycanın Xalq Yazıçısı Çingiz Hüseynov tədbirdə çıxış edərək böyük müğənni ilə şəxsi görüşlərini xatırlayıb. O deyib: “Mən artıq 60-cı illərdən Moskvada yaşayırdın və Rəşidlə tez-tez görüşürdüm. O, Azərbaycanı dünyada səsi və istedadı ilə tərənnüm edən insanların sırasında xüsusi və əvəzsiz yer tutur. Məhz Moskvada yaşayanda dərk etdim ki, bu sehrli, cazibədar səs təkcə sahibinə deyil, bütövlükdə Azərbaycan xalqına şöhrət gətirəcək. Məhz Rəşid Behbudovun səsi sayəsində dünya Azərbaycan mədəniyyətinin və incəsənətinin nə olduğunu bilib”.
Behbudovlar ailəsinin dostu Mixail Aqaronov tədbirdə çıxış edərək ötən illəri xatırlayıb. O deyib: “Böyük müğənni Rəşid Behbudov Azərbaycan incəsənətində dərin iz qoyub. O təvazökar insan idi, doğma diyarını hərarətlə sevən vətənpərvər idi. Rəşid Behbudov hər zaman ölkəsinin, doğma Vətəninin hüququnu müdafiə edib”.
“Odlar yurdu” teatr truppası “Arşın mal alan”, “Bəxtiyar” filmlərindən hazırladığı səhnəcikləri böyük məharətlə təqdim edib. Tədbirdə, həmçinin Rəşid Behbudovun mahnı-klipləri nümayiş etdirilib. Əslən Azərbaycandan olan israilli müğənnilər Araz Mirzəyev, Tomer Əliyev və Manuel İsakov Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriblər.
Sonra Rəşid Behbudov Fondu “Odlar Yurdu” İsrail-Azərbaycan truppasına Azərbaycan incəsənətinin və mədəniyyətinin İsraildə təbliğinə, Azərbaycanın görkəmli müğənnisi, Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbirin təşkilinə və keçirilməsinə verdiy töhfəyə görə fəxri fərman təqdim edilib.
Tədbirin son akkordları Rəşidə Behbudovanın ifasında atasının repertuarından “Xəyal” və “Azərbaycan – Vətənim mənim”, habelə unudulmaz Müslüm Maqomayevin repertuarından “Elegiya” əsəri olub. Bütün bu mahnıları israilli tamaşaçılar Netaniya Mədəniyyət mərkəzinin böyük zalında ayaq üstə alqışlayıblar.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42

Göygöldə qəza: xəsarət alan var

19 Sentyabr 2017 20:39

Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq -

19 Sentyabr 2017 20:38

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

19 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olunub

19 Sentyabr 2017 20:30

Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

19 Sentyabr 2017 20:27

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib

19 Sentyabr 2017 20:22

ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”

19 Sentyabr 2017 20:18

ABŞ prezidenti -

19 Sentyabr 2017 20:16

Prezident İlham Əliyev və xanımı müzakirələrin açılış mərasimində iştirak ediblər

19 Sentyabr 2017 20:14

Moldova hökuməti ölkə prezidentindən Konstitusiya Məhkəməsinə şikayət edəcək

19 Sentyabr 2017 20:12

Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

19 Sentyabr 2017 20:03

Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək

19 Sentyabr 2017 20:02

VİDEO: Günəş enerjisi ilə yaşayan uşaqlar -

19 Sentyabr 2017 20:00

Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

19 Sentyabr 2017 19:57

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:53

Azərbaycanda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

19 Sentyabr 2017 19:52

Bu azərbaycanlı bütün dünyada axtarılır

19 Sentyabr 2017 19:50

Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi

19 Sentyabr 2017 19:48

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

19 Sentyabr 2017 19:39

VİDEO: Narkotik vasitə və spirtli içki verib Allaha qurban etdilər -

19 Sentyabr 2017 19:38

Biləsuvarda fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var

19 Sentyabr 2017 19:37