Mehriban Əliyeva ilin idman xadimi elan edildi

Mehriban Əliyeva ilin idman xadimi elan edildi
12:56 22 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2015-ci ilin idman laureatlarının adlarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə AİJA Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı ilin idman xadimi elan edib.

Mehriban Əliyeva Bakıda keçirilən birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olub. Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.


Mehriban Əliyeva- Birinci Avropa Oyunlarının açılış mərasimində


Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) isə ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

Boyanka Kostova (ağırlıqqaldırma, dünya çempionu), İrina Zaretska (karate üzrə birinci Avropa Oyunlarının çempionu), İradə Əliyeva (nizəatma üzrə dünya çempionu (paralimpiya), Elvin Məmişzadə (boks, dünya çempionu), İlham Zəkiyev (cüdo, Avropa çempionu, dünya kubokunun qalibi (paralimpiya), Oleq Stepko (idman gimnastı, Avropa oyunlarında 5 medal qazanıb) ilin idmançısı seçiliblər.

“Qarabağ” futbol klubu, boks (kişilər) və taekvondo üzrə milli komandalar ilin komandası nominasiyasının qalibi olub.

Pedro Roque (Boks üzrə milli komanda), Qurban Qurbanov (“Qarabağ” futbol klubu) və Reza Mehmandost (Taekvondo üzrə milli komanda) ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Əliyar Ağayev (Futbol), idman azarkeşi isə Fədai Rəhimov olublar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR