Azərbaycan cüdoçusu Portuqaliya klubunun heyətində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Portuqaliya klubunun heyətində bürünc medal qazanıb
16:07 22 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının cüdoçusu Rüstəm Orucov növbəti medalını qazanıb. "Report"un məlumatına görə, 24 yaşlı idmançı Portuqaliyanın “Sportinq” klubunun heyətində Avstriyanın paytaxtı Vyanada Qızıl Liqa turnirinin bürünc medalına sahib olub. 
Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında “Sportinq” əvvəlcə Rusiyanın “Dinamo Alanya” kollektivini məğlub edib – 4:1. Növbəti görüşündə Portuqaliya təmsilçisi Gürcüstanın “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə isə ev sahiblərinə – “Galaxy Tigers Vienna”ya 4:1 hesabı ilə qalib gələn Rüstəm Orucovun komandası bürünc medala yiyələnib. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycan-cudocusu-portuqaliya-klubunun-heyetinde-burunc-medal

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR