Məşhurlar yaylıq götürüb ağladılar: "Devalvasiya toy qiymətimə təsir edəcək"

Məşhurlar yaylıq götürüb ağladılar: "Devalvasiya toy qiymətimə təsir edəcək"
16:17 22 Dekabr 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Dolların məzənnəsinin yüksələrək 1,55 AZN olması, Vergilər Nazirliyinin borclarla bağlı xəbərdarlığı sənət adamlarının da işlərinə təsir edib.

Milli.Az axşam.az-a istinadən tanınmışlar arasında sorğu apararaq, onların üzləşdiyi problemləri soruşub:

Rəqqasə Fatimə Fətəliyeva:

"Bir çoxları elə bilir ki, mənim rəqs məktəbim var. Xeyr, bu məkanların direktoru var. Mən isə bunun yalnız simasıyam. Toylara getmirəm. Ancaq özəl tədbir olanda qatılıram. Dolların qalxması isə mənim işlərimə çox pis təsir edib. Elə bir sənət adamı yoxdur ki, kreditlə iş görməsin. Banka kreditim var, dollarla ödəyirəm. Əvvəl deyirdim, kreditsiz günüm olmasın. İndi deyirəm ki, kaş bircə gün kreditsiz yaşayardım".

Əməkdar artist Tünzalə Əliyeva:

"Əvvəl işim olanda vergi ödəyirdim. İndi işim yoxdur. Xına evimi isə bağladım. Çünki tanınmışlar o qədər xına evi açdılar ki, iş zəiflədi. Dolların qalxmasının mənə heç bir təsiri yoxdur. Çünki dollarla kreditim yoxdur. Hər işimi manatla edirəm".

Aktrisa Ülviyyə Əliyeva

"Borclarıma qarşı çox həssasam. Hətta işıq, qaz pulunu da artıqlaması ilə ödəyirəm. Heç bir banka kreditim yoxdur. Vergini isə heç vaxt gecikdirmirəm. Devalvasiya mənə də təsir etdi. Çünki kimə borc vermişəmsə, qaytarmır. Heç kimin pulu yoxdur".

Aşıq Samirə Əliyeva:

"Bu böhran tək mənə yox, hamıya təsir edir. Bütün məhsulların qiyməti qalxır. Getdiyim toylardan vergi ödəyirəm. Heç bir borcum yoxdur. Devalvasiya isə toy qiymətimə təsir edəcək. İnsanlarda pul yoxdur. Biz də məcbur qiyməti aşağı salırıq. Şükür ki, banka kreditim qalmayıb. Dollar qalxmazdan 1 ay əvvəl maşınımın kreditini bağladım. Çox sağ olsun anam, məcbur etdi ki, bitir krediti".

Müğənni Elvin Abdullayev:

"Vergiyə heç bir borcum yoxdur. Dolların qalxması isə aranjman işlərimizə təsir etdi. Çünki qiymətləri qaldırdılar. Biz müğənnilər də məcburən toy qiymətini qaldıracağıq. Kreditim var, amma şükür ki, manatladır. Dollar qalxdığı halda nə vergi? Məncə, bu vergi məsələsini gündəmdən çıxarsalar, yaxşıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR