“Fransız dili” dərslik dəstinin monitorinqi başa çatıb

“Fransız dili” dərslik dəstinin monitorinqi başa çatıb
18:28 22 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC 
Ümumtəhsil məktəblərinin dördüncü siniflərində istifadədə olan “Fransız dili” dərslik dəstinin (2015-ci il nəşri) müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, dərslik dəsti məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların məzmuna uyğunluğu, eləcə də müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib.
Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.
Dördüncü siniflərdə istifadədə olan “Fransız dili” dərslik dəstinin elmi-metodiki monitorinqi başa çatıb. Müzakirə nəticəsində formalaşmış yekun rəy müəlliflərə təqdim olunacaq, Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR