"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 7 qaçqını isə Türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları xilas edib.
Xilas edilənlər Kuşadasındakı dövlət xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, BMT-nin dekabrın 21-nə olan məlumatına görə, Avropaya sığınan qaçqın və miqrantların ümumi sayı 1 milyon 5 min 504 nəfər olub. Onların çoxu (816 752 nəfər) dəniz yolu vasitəsilə Yunanıstandan Avropaya gəlib.