BMT miqrasiya sammiti keçirəcək

BMT miqrasiya sammiti keçirəcək
08:47 23 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

BMT Baş Assambleyasında sentyabrın 19-da irimiqyaslı miqrasiya probleminə dair sammit keçiriləcək.
Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq qərar ötən gün axşam saatlarında verilib.   
 
Məlumata görə, sammitin keçirilməsinə dair qətnamə səsvermə keçirilmədən BMT Baş Assambleyasının bütün üzvləri tərəfindən dəstəklənib.
 
Sənədin layihəsi BMT Baş Assambleyasının sədri Moqens Lükketoft tərəfindən təqdim edilib.
 
Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib ki, prezident Barak Obama BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində miqrantlarla bağlı qlobal böhrana dair sammit keçirmək niyyətindədir. Beləliklə, Obama qeyd olunan toplantıda sədr qismində çıxış edə bilər.   
 
Beynəlxalq Miqrasiya Təşkilatının ötən gün açıqladığı statistikaya əsasən, 2015-ci ildə Avropaya 1 mln. 6,5 min qaçqın gəlib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR