Premyer Liqanın ən intizamsız klubu - "Neftçi"

Premyer Liqanın ən intizamsız klubu -   "Neftçi"
09:12 23 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında ilk iki dövrə başa çatıb komandalar qış fasiləsinə yollanıb. Fanat.az mövsümün ilk yarısı ilə bağlı statistik göstəriciləri təqdim etməkdə davam edir. Bu dəfə 18 turda futbolçulara göstərilən sarı və qırmızı vərəqələrin statistikasını təqdim edirik.

"Neftçi" ən intizamsız...

18 turun 90 oyununda ümumilikdə 408 sarı vərəqə göstərilib. Bu hər turda orta hesabla 22.66, hər oyunda 4.53 sarı vərəqə deməkdi.

Ən çoх sarı vərəqəni "Neftçi"nin futbolçuları alıb. 18 turda 23 futbolçunun хidmətindən yararlanan "ağ-qaralar" 59 dəfə hakimlərin qəzəbinə tuş gəlib. 

"Zirə" və "Rəvan"da bu göstərici 49-du. 18 turda "Zirə" 23, "Rəvan" 26 futbolçunun хidmətindən yararlanıb. Birincilərdə orta məhsuldarlıq 2.13, ikincilərdə 1,88 olub.

Sarı vərəqə sayına görə ən intizalı komandalar "Qarabağ"la "Xəzər Lənkəran"dı - 24 sarı vərəqə. "Qarabağ"ın 27 (orta hesabla 0.88), "Xəzər Lənkəran"ın 21 (orta hesabla 1.14) futbolçusu çempionatın iştirakçısı olub.

Klub

Oyunçu

Sarı

Orta hesabla

1

Neftçi

23

59

2,56

2

Zirə

23

49

2,13

3

Rəvan

26

49

1,88

4

Sumqayıt

23

46

2,00

5

AZAL

20

42

2,10

6

Kəpəz

18

41

2,27

7

İnter

26

40

1,53

8

Qəbələ

26

34

1,30

9

Xəzər Lənkəran

21

24

1,14

10

Qarabağ

27

24

0,88


Ramosla Ağakərimzadə liderdi

Ən çoх sarı vərəqə alan futbolçuların siyahısına Yamin Ağakərimzadə və Erik Ramos başçılıq edir. Yamin 15 oyunda, Erik 17 oyunda 8 dəfə cəzalanıb. Hər iki futbolçu 18 turda iki dəfə sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.

Klub

Oyun

Sarı

Orta hesabla

1

Yamin Ağakərimzadə (Rəvan)

15

8

0,53

2

Erik Ramos (Neftçi)

17

8


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqann-n-intizamsz-klubu-t46350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR