Faciəvi şəkildə həyatını itirmiş gəncin layihəsi çərçivəsində tədbir keçiriləcək

Faciəvi şəkildə həyatını itirmiş gəncin layihəsi çərçivəsində tədbir keçiriləcək
10:17 23 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

26 dekabr 2015 tarixində saat 15:00-da "Abşeron" Qalereyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçiriləcək ""İZ" gənc rəssam Cavid Bayramlının (ölümündən sonra) sərgisinin təşkili" layihəsi çərçivəsində keçiriləcək tədbir baş tutacaq.

Milli.Az bildirir ki, sərgidə 2013-cü il yanvar ayının 25-də Nərimanov rayonunda sökülən binanın uçması nəticəsində faciəvi şəkildə həyatını itirmiş gənc və olduqca istedadlı rəssam-keramik Cavid Bayramlının 2010-2012-ci illərdə yaratmış olduğu keramika və qrafika nümunələri sərgilənəcək. Sərgi 27-28 dekabr tarixlərində də davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR