"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, R.Ağayev 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə şərti cəza alıb.
Qeyd edək ki, R.Ağayev Bakı şəhər sakininin etibarından sui istifadə edərək 40 min manat pul alıb, lakin onu qaytarmayıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.