Ekologiya və təbii sərvətlər naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Mingəçevirdə vətəndaşları qəbul edib
14:28 23 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
Dekabrın 23-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC_a verilən məlumata görə, qəbul zamanı Mingəçevirlə yanaşı, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan 50-dək sakinin ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Hər bir vətəndaşın müraciətini dinləyən nazir şikayətlərin və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddətdə araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekologiya_ve_tebii_servetler_naziri_Mingechevirde_vetendaslari_qebul_edib-913632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR