Oliqarx beynəlxalq axtarışa verilib

Oliqarx beynəlxalq axtarışa verilib
14:42 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

YUKOS neft şirkətinin keçmiş sahibi Mixail Xodorkovski beynəlxalq axtarışa verilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bəyan edib.
 
Xatırladaq ki, ötən həftə Rusiya İstintaq Komitəsi xaricdə olan M. Xodorkovskiyə qarşı iki və daha çox adamın qətlinin təşkili ilə bağlı ittiham irəli sürüb. İstintaqın versiyasına əsasən, M. Xodorkovski ötən əsrin 90-cı illərində tabeliyində olan şəxslərə Nefteyuqansk meri Vladimir Petuxovla biznesmen Yevgeni Rıbinin qətlinin təşkilini sifariş edib.
 
M. Xodorkovskinin mətbuat katibi Külle Pispanen bildirib ki, iş adamı Rusiyaya təhvil verilə biləcəyindən qorxmur və planlarını dəyişmək fikrində deyil.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR