Milli valyutanın məzənnəsinin dəyişməsi Azərbaycanda meliorasiya sahəsində layihələrə güclü təsir etməyəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Meliorasiya və su təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

O bildirib: "Əsasən, yerli istehsalçılarla işlədiyimizə görə manatın devalvasiyası meliorasiya və su təsərrüfatı sahələrində reallaşdırılan layihələrə təsir göstərməyəcək. Layihələrimizin reallaşdırılmasını dayandırmağa hazırlaşmırıq".

Milli.Az