Hər zaman cəlbedici geyimləri, bahalı avtomobilləri, dəmdəsgahlı ev-eşikləri ilə öyünən şou əhlinə maraqlı sual ünvanladıq. "Liftdə hansı məşhur sima ilə qalmaq istərdiniz və niyə?" sualına fərqli cavablar aldıq. Milli.Az atvxeber.az-ın fərqli sorğusunu sizə təqdim edir:
Əməkdar artist Elza Seyidcahan: "Liftdə Allahla qalmaq istəyərdim. Ona suallarım olardı ki, görəsən, dünya şöhrətli, o cür istedadlı insanlar bir daha həyata gələcəkmi? Məsələn, Maykl Ceksonun nə vaxtsa yeri dolacaqmı?"
Teleaparıcı, vəkil Zülfiyyə Bayramova: “Həyat yoldaşım İlqarla. Çünki onu sevirəm. Onunla harada olsa, mənə xoşdur”.
Müğənni Mətanət Əsədova: “Liftdə Kutsi ilə qalaram. Odur da mənim sevdiyim. Ümumiyyətlə, yox-yox... Mən liftdə sevgilimlə qalmaq istəyərəm. Ona sual verərəm ki, məni nə qədər sevir. Bu işin axırı necə olacaq?”
Prodüser Təranə Səmədova: “İlhamə Quliyeva ilə... Soruşardım görək mənə hansı adı verər”.
Yumor ustası Elməddin Cəfərov: “Bu suala cavab versəm, onsuz da, gecə liftdə qalacam, evə buraxmayacaqlar. Sırf sənət xatirinə Adriana Lima ilə liftdə qalmaq istəyərdim. Bir dil tapıb, onu başa salardım”.
Aşıq Telli Borçalı : “Müğənni Nadir Qafarzadə ilə ... Çünki o, təhlükəli insan deyil. O, adama heç nə etməz. Qəlbi qara deyil, mənfi aurası yoxdur, Nadir yaxşı insandır”.
Bəstəkar Murad Arif: “Dostum-qardaşım Murad Dadaşov üçün çox darıxmışam. İndi, deyəsən, Dominikan respublikasındadır. Çoxdandır görüşmürük. Liftdə qalıb dərdləşərdim onunla”.
Gənc müğənni Afaq Aslan: “Şahrux Xanla liftdə qalmaq istərdim. Çünki o insanla qısa da olsa, ünsiyyət qurmaq, üz-üzə gəlmək, həmsöhbət olmaq uşaqlıq arzumdur”.
Pişik Günel : “Uşağmın atası məni öldürər. Deyərəm, başımı kəsər. Yox-yox, istəmirəm liftdə qalmaq”.
Rəqqasə Aytən: “Maykl Cekson sağ olsaydı, qalardım onunla. Amma ən gözəli elə həyat yoldaşımdı... Həyat yoldaşımla liftdə qalsaq, daha maraqlı olar”
İfaçı-rəqqasə Sevda Sanaliyeva: " Elza Seyidcahanla. Çünki düşünürəm ki, onunla adam darıxmaz".

Milli.Az