Arvadını öldürmək istədi, 14 il 6 ay həbs cəzası aldı

Arvadını öldürmək istədi, 14 il 6 ay həbs cəzası aldı
16:09 24 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Cəlal Sadıqovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. C.Sadıqov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 20-də Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Həyat yoldaşı C.Sadıqovla mübahisə edən 52 yaşlı Tovuz rayon sakini Tamara Sadıqova oğlunun evinə gedib. Daha sonra 66 yaşlı C.Sadıqov onu bıçaqlayıb. Xəstəxanaya çatdırılan T.Sadıqovanın həyatını xilas etmək mümükün olub. Hadisə yerindən qaçan C.Sadıqov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR