Gəncədə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Gəncədə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb
18:13 24 Dekabr 2015
532 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
Dekabrın 24-də Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 3 min 500-dən artıq müəllimin iştirak edəcəyi imtahanlar Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçirilir. Dekabrın 26-dək davam edəcək diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.
Xatırladaq ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_muellimlerin_diaqnostik_qiymetlendirilmesine_baslanilib-914089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR