NIKOIL|Bankda cari və kart hesablarını onlayn rejimdə artırmaq mümkündü

NIKOIL|Bankda cari və kart hesablarını onlayn rejimdə artırmaq mümkündü
18:23 24 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
NIKOIL|Bank dekabrın 24-dən müştərilərinə yeni xidmət təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni xidmət sayəsində NIKOIL | Bankın müştəriləri cari hesablarını, əmanətlərini, Forex hesablarını və ya plastik kartlarını təkcə bankın filiallarında deyil, eyni zamanda onlayn və ya ödəniş terminallarında CASH-IN xidməti vasitəsilə artıra bilərlər. Hesabların artırılması günün istənilən saatında mümkündür. CASH-IN xidməti nağd vəsaitlərin hesaba milli valyuta, dollar və avro ilə daxil olmasına imkan verir.
Müştərilər www.nikoil.az və www.hesab.az rəsmi internet səhifələrinə daxil olaraq "eManat" ödəniş terminalı vasitəsilə NIKOIL | Bankın bu xidmətindən rahatlıqla istifadə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NIKOILBankda_cari_ve_kart_hesablarini_onlayn_rejimde_artirmaq_mumkundu-914098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR