Bu il Azərbaycana gələn turistlərin sayında artım olmayıb

Bu il Azərbaycana gələn turistlərin sayında artım olmayıb
11:58 25 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Azərbaycana gələn turistlərin sayında artım olmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, dünyada baş verən ciddi iqtisadi və maliyyə böhranları nəticəsində bu il ümumilikdə dünya turizmində də artım müşahidə edilməyib.

Ə.Qarayevin sözlərinə görə, Rusiyanın turizm bazarında xaricə gedənlərin sayı 70 faiz azalıb. Azərbaycana gələn 2,5 milyon nəfər turistin təxminən 700- 800 min nəfəri Rusiyadan gələnlər təşkil edirdi: "Əgər Rusiyada azalma 70 faiz olubsa, bizdə necə artım ola bilər? Bu mümkünsüzdür. Amma bizi sevindirən məsələ ondan ibarətdir ki, Azərbaycana ənənəvi deyil, yeni bazarlardan, xüsusilə də Körfəz, Avropa ölkələrindən, Latın Amerikasından gələnlər var.

Onun sözlərinə görə, Azərbaycana turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR