Son günlərdə rəqibi Kayhan Karakaşa qarşı törətdiyi vəhşiliyə görə Türkiyədə gündəmdən düşməyən futbolçu Mehmet Deyirmencinin cəzası bəlli olub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, İntizam komitəsi onu 2 illik diskvalifikasiya edib və 21 matçlıq oynamama cəzası verib.
Bundan əlavə, ölkə prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb. Deyirmenci bilərəkdən insan həyatına qəsd etməkdə suçlanır.
Qeyd edək ki, "Dallıcaspor" - "Nazilli Sanayispor" görüşündə meydan sahiblərinin futbolçusu zədələnərək yerdə uzanan rəqibinin üzünə təpiklə zərbə endirib. Futbolçu dərhal klubdan qovulub və hadisə ilə bağlı prokurorluq araşdırmalara başlayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

