Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovdan

16:33 25 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident,
Sizi doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.
Türkdilli Ölkələrin Parlament Assambleyasının katibliyinə hərtərəfli dəstəyinizə və Türkdilli dövlətlər arasında sürətlə inkişaf edən əməkdaşlığa mühüm töhfələrinizə görə Sizə dərin minnətdarlığımı ifadə edirəm.
Yüksək hörmət və ehtiramla,

Jandos Asanov
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkdilli_Olkelerin_Parlament_Assambleyasinin_bas_katibi_Jandos_Asanovdan-914393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR