Erməni idmançı: Azərbaycanda məni .. (FOTO,)

Erməni idmançı: Azərbaycanda məni .. (FOTO,)
16:56 25 Dekabr 2015
138 İdman
Ölkə mətbuatı
A- A+

Bu ilin iyun ayında Bakıda keçirilən Avropa Oyunlarının gümüş medalçısı erməni əsilli Qevorq Manukyan Azərbaycandan danışıb.

ANS PRESS-in məlumatına görə, Ukraynanı təmsil edən idmançı Bakıda ona qarşı olan münasibətdən razılıq edib.

“Avropa Oyunlarında zədə almağım mənim üzümü qara etdi. Gümüş medal mənim üçün ən yüksək mükafat idi. Rəqibim zəif deyildi, amma mübarizə aparmaq olardı. Finalda zəiflər olmur".

Erməni boksçu Azərbaycan respublikasının prezidenti İlham Əliyevin və azarkeşlerin ona olan münasibətindən də bəhs edib:



“Heç bir neqativ vəziyyət yox idi. Döyüşə çıxdım və qışqırıqlara fikir vermədim. Birinci döyüş zamanı mənim soyadımı Manunyak, ikincidə isə Manukiv kimi elan etmişdilər. Məni Azərbaycan prezidenti İlham Əliyevin təltif etməsi isə çox xoşuma gəldi. O, auditoriyanı sakitləşdirdi”.

Avropa Oyunları zamanı erməni əsilli idmançı Qevorq Manukyan finalda Azərbaycanı təmsil edən 91 kq çəki dərəcəsində təmsil edən boksçu Abdulqadir Abdullayevlə görüşməli idi. Lakin zədəli olduğunu deyərək bundan boyun qaçırıb.



İdmançı oyunlardan sonra da I Avropa Oyunları ilə bağlı təəssüratlarını açıqlayıb. Qevorq Manukyan deyib ki, Bakı çox xoşuna gəlib. "Sizin prezidentinizin hərəkəti çox xoşuma gəldi. O, yaxşı insandır. Əlimi sıxıb, mənə “afərin” dedi və uğurlar arzuladı. Məndə onun haqda yaxşı fikir formalaşdı. Böyük şərəfdi ki, mənə mükafatı Azərbaycan prezidenti təqdim edib".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR