İlin ən fəal mədəni-maarif müəssisəsi və işçiləri mükafatlandırılıb

17:33 25 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “2015-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsi qaliblərinin təltif olunma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə qaliblər 20-dən çox nominasiya üzrə müəyyənləşdirilib. Müsabiqə qaliblərinə fəxri fərmanlar, diplomlar, mükafatlar və hədiyyələr təqdim olunub.
Tədbirdə, həmçinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Bakı şəhər musiqi kollektivləri festivalının qalibləri də təltif olunub.
Sonda konsert proqramı təqdim edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR