Bakı, 25 dekabr AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun illik fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, institutun illik hesabatını bu elm müəssisəsinin direktoru, akademik Telman Əliyev təqdim edib.
T.Əliyev qeyd edib ki, institutda elmi- tədqiqat işləri informasiya- telekommunikasiya sistemlərinin, həmçinin riyazi modelləşdirmə, idarəetmə və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri üzrə aparılıb.
Direktor il ərzində iki monoqrafiya, dörd kitab və bir dərslik, 331 elmi əsər və 124-ü xaricdə olmaqla, 203 məqalənin çap olunduğunu bildirib.