Təhsil İşçiləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib

Təhsil İşçiləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib
19:43 25 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
TİPİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə İnstitutun rektoru, professor Asəf Zamanov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ümumxalq bayramı kimi qeyd olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyalarının əbədi yaşayacağını qeyd edən rektor bildirib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti milli diasporun formalaşmasında, onun mütəşəkkil hərəkata çevrilməsində mühüm rol oynayır.
Tədbirdə digər çıxış edənlər də Həmrəylik Gününün dövlətimiz və dövlətçilik tariximizdə, həmçinin xalqımızın həyatındakı əhəmiyyətini vurğulayıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR