ADİU ilə Türkiyə universitetləri arasında növbəti razılıq əldə olunub

13:28 26 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq magistratura və doktorantura mərkəzi ilə Türkiyənin nüfuzlu universitetləri arasında ikili diplom proqramların həyata keçirilməsinə dair razılıq əldə olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADİU-nun türk dünyası işlətmə fakültəsinin dekanı Ferruh Tuzcuoğlu və iqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədov beynəlxalq magistratura və doktorantura mərkəzinin işinin təkmilləşdirilməsi məqsədilə Türkiyədə işgüzar səfərdə olublar. Görüşlərdə ADİU beynəlxalq magistratura və doktorantura mərkəzində bir sıra ixtisaslarda ikili diplom proqramlarının təşkili məsələləri müzakirə olunub.
Səfər çərçivəsində nümayəndələr Türkiyə Yüksək Təhsil Qurumunun (YÖK) Nəzarət departamentinin sədri, professor Ömer Anayurt, Qazi Universitetinin rektoru, professor Süleyman Büyükberber, Sakarya Universitetinin rektoru, professor Muzaffer Elmas və İstanbul Universitetinin rektoru, professor Mahmut Ak ilə görüşlər keçirib.
Görüşlərin nəticəsi olaraq, Türkiyənin nüfuzlu universitetlər ilə əldə edilən razılığa əsasən, magistratura səviyyəsində Qazi universiteti ilə biznesin idarə edilməsi, Sakarya Universiteti ilə turizm və otelçilik, İstanbul Universiteti ilə beynəlxalq münasibətlər ixtisasları üzrə birgə ikili diplom proqramların həyata keçirilməsi barədə razılıq əldə olunub. Türkiyə universitetlərinin rektorlarının müvafiq əmri ilə bu istiqamətdə işin daha sürətli təşkili üçün komissiyalar yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_ile_Turkiye_universitetleri_arasinda_novbeti_raziliq_elde_olunub-914623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR