Macarıstanı rekord sayda turistlər gözləyir

Macarıstanı rekord sayda turistlər gözləyir
20:08 26 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Budapeşt, 25 dekabr AZƏRTAC
Təxmini hesablamalara görə, Budapeştdə Milad və Yeni il bayramlarını təqribən 250 min xarici turist qeyd edəcək. Onlar təkcə paytaxta deyil, həm də ölkənin başqa şəhərlərinə, habelə əyalətlərə səfər edirlər. Dekabr ayında ölkəyə təqribən 600 min adam gələcək.
Otellər qonaqlarını əyləndirməyə çalışır, onlara Macarıstanın ənənəvi Milad yeməklərini, məsələn qulyaş və xalasle təklif edirlər. “HunTourism” informasiya agentliyinin məlumatına görə, Milad və Yeni il bayramlarında Macarıstana rekord sayda turist axını 2015-ci il trendinin davamıdır. İlin ilk doqquz ayı ərzində otellərə və pansionatlara 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi qonaq gəlib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR