Azərbaycanı tərənnüm edən böyük müğənni

Azərbaycanı tərənnüm edən böyük müğənni
20:53 26 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında dünya şöhrətli muğənni, Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Böyük maraqla qarşılanan konsertdə istedadlı ASAN könüllüləri öz bacarıqlarını nümayiş etdirib. Könüllülərin ifasında Rəşid Behbudovun repertuarından sevilən mahnılar səsləndirilib, unudulmaz sənətkarın çəkildiyi “Arşın mal alan” və “Bəxtiyar” filmlərindən səhnələr nümayiş olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR