Rusiyanın "Avrora" aviaşirkətinə məxsus "Airbus 319" tipli sərnişin təyyarəsi Vladivostok havalimanına geri qayıdıb.
Milli.Az "Report"a istinadən bildirir ki, Vladivostok-Yujno-Saxalinsk marşrutu üzrə səfər edən təyyarədə havaya qalxdıqdan sonra yaranmış texniki nasazlıq səbəbindən qayıtmaq məcburiyyətində qalıb.
Təyyarənin kompyuter sistemində nasazlığın baş verdiyini bildirən "Avrora" nümayəndələri, sərnişinlərin təyyarəni dərhal tərk etdiyini deyiblər.
Məlumata əsasən, texniki problemlər artıq aradan qaldırılıb və reys bir neçə saatdan sonra başqa bir təyyarə ilə həyata keçirilib.
Milli.Az