"Range Rover"in sürücüsü ABŞ səfirliyinin avtomobilini vurub qaçdı

"Range Rover"in sürücüsü ABŞ səfirliyinin avtomobilini vurub qaçdı
13:12 28 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.

Report-un xəbərinə görə, Bakıda "TAN" MMC-yə məxsus "Range Rover" markalı avtomobili səfirliyin "Mitsubishi Pajero" markalı maşınına çırpılıb.

Şirkət avtomobilinin naməlum sürücüsü qəzanı törətdikdən sonra hadisə yerini tərk edib. Səfirliyin avtomobilinə isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR