Milli komandanın rekordçusu güllələndi

Milli komandanın rekordçusu güllələndi
13:57 28 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Salvador millisində ən çox oyun keçirən futbolçu Alfredo Paçeko odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, insident Santa Ava şəhərində baş tutub. Paçeko yanacaqdoldurma məntəqəsində iki şəxslə söhbət edərkən naməlum şəxslər ona atəş açıblar.

Qeyd edək ki, Paçeko danışılmış oyunlarda iştirak etdiyinə görə 2013-cü ildə ömürlük futboldan uzaqlaşdırılmışdı. 33 yaşlı Paçeko milli komandada 2002-2013-cü illərdə 80 oyuna çıxmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR