“Fənlərin Dostluğu” Olimpiadasının qalibləri mükafatlandırılıb

“Fənlərin Dostluğu” Olimpiadasının qalibləri mükafatlandırılıb
15:13 28 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Təhsil Problemləri İnstitutu (TPİ), Azərbaycan Universiteti və “Hədəf” kurslarının birgə təşkilatçılığı ilə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən VI Fənlərin Dostluğu Olimpiadasının (FDO) qalibləri mükafatlandırılıb.
TPİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin ideya müəllifi, dosent Şəmil Sadiq çıxışında iştirakçılara olimpiadanın mahiyyətini tam çatdırmaq məqsədilə nümunə kimi FDO-ya aid bir neçə test nümunəsi üzərində izahlar verib.
Məktəb-liseyin direktoru Gülşən Orucova belə bir tədbirin rəhbərlik etdiyi təhsil müəssisəsində keçirilməsindən məmnun qaldıqlarını bildirib.
TPİ-nin direktor müavini Ənvər Abbasov da FDO-nun təhsil sistemindəki yerindən bəhs edib. O, bu mənada FDO-nun yüksək əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sonda qaliblərə qiymətli hədiyyələr və “Hədəf” kurslarında birillik güzəştli təhsilalma imkanı təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fenlerin_Dostlugu_Olimpiadasinin_qalibleri_mukafatlandirilib-914922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR