Xalq artisti: "O mənim nəfəsimdir, havamdır"

Xalq artisti: "O mənim nəfəsimdir, havamdır"
19:57 28 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fatma Mahmudova gənc həmkarları haqqında danışıb. 

Musavat.com saytına açıqlama verən xalq artisti bildirib ki, gənclər aktyorluq sənətində uğur qazanmaq üçün çalışmalıdırlar: "Bu sənətdə hər şeyə dözmək lazımdır. Gələcəyini  düşünən aktyor, aktrisa çətinliklərə dözməlidir. Gəncləri çox sevirəm. Birdən-birə heç nə olmur. Bu sənətdə böyük binalar tikmək üçün gecə-gündüz çalışmaq lazımdır. Bu sahədə zirvəyə çatmaq çox çətindir. Cəsarətlə deyə bilərəm ki, Elməddin Cəfərov sənətin zirvəsindədir. Onu həm  aktrisa, həm də tamaşaçı kimi bəyənirəm. Hər aktyora gülə bilmirəm. Onun mimikalarına baxanda gülürəm. O, mənə təbii gülüş bəxş edir. Mənim oğlum olmasa da, Elməddin mənim oğlum kimidir. O mənim nəfəsimdir, havamdır, suyumdur".

Aktrisa  "Son  günlər aktyor və aktrisalar maddi durumlarının yaxşı olmamasından gileylənirlər. Sizin maddi durumunuz necədir?" sualını da cavablandırıb: "Maddi problemi gündəmə gətirmək lazım deyil. Allaha şükür olsun, dolanırıq. Niyə naşükürlük edək? İnsan azına da, çoxuna da qane olmalıdır. Mən Allahımdan çox razıyam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/393806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR