AZAL qiymətləri aşağı saldı

AZAL qiymətləri aşağı saldı
14:31 29 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli reysləri daha əlverişli oldu. AZAl-dan ANS PRESS-ə verilən məlumata görə, QSC Moskva ("Vnukovo" hava limanı), Dubay ("Əl-Məktum" hava limanı) İstanbul ("Sabiha Gökçən" hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətinin endirilməsini elan edir.

2016-ci il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.

Həmçinin, yanvarın 5-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından yerinə yetiriləcək.

Aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan öncə şirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərə yenidən baxılacağını elan etmişdi.

"Aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcəkdir. Bu yaxınlarda Bakı-Moskva (Domodedovo hava limanı) reysinə yeni aşağı büdcəli Promo tarifini tətbiq edilmişdir ki, bu tarifə baqaj daxil edilməmişdir. Həmçinin, növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il "Azərbaycan Hava Yolları" bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək, " deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR