Su və kanalizasiya xidmətləri üzrə tariflər artacaq?

Su və kanalizasiya xidmətləri üzrə tariflər artacaq?
14:47 29 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün su və kanalizasiya xidmətləri tariflərinə yenidən baxılması məsələsi gündəmdə deyil".

APA-nın məlumatına görə, bu barədə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.
 
A. Cəbrayıllının sözlərinə görə, bu gün "Azərsu" ASC-nin qarşısında duran ən əsas məsələ itkilərin aşağı salınmasıdır: "Bununla, rentabelli səviyyəyə çıxa bilərik. Məqsədimiz budur ki, "Azərsu" mənfəət əldə edə bilsin. Ötən dövrdə Bakı şəhəri və regionlarda gördüyümüz işlər  görülüb. Bunların arasında şəbəkənin sağlamlaşdırılması, yeni xətlərin quraşdırılması və sair işləri sadalamaq olar. Rayon və şəhərlər üzrə itkilərin 15-20% aşağı salınmasına nail ola bilmişik. Bizim işimizi ən çox əngəlləyən primitiv üsullarla boru xətlərinin çəkilməsidir".
 
Şöbə rəhbəri bildirib ki, "Azərsu"nun Bakıətrafı kənd və qəsəbələrdə itkiləri daha çoxdur.
 
A. Cəbrayıllı qeyd edib ki, yeni şəbəkənin quraşdırılması su itkilərinin minimuma endirilməsinə imkan verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR