Naxçıvandakı anbarlarda nə qədər enerji daşıyıcılarının olduğu açıqlanıb

11:07 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bunu müəssisənin direktoru Behruz Əzimov Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2015-ci ildə görülən işlərə və 2016-cı ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaqda bildirib.
Direktorun sözlərinə görə, bu il müəssisə tərəfindən ümumi dövriyyəsi 66153,8 min manat olan 100733,8 ton müxtəlif növ neft məhsulları satılıb ki, bu, 32 min 136,1 ton avtobenzin, 56 min 218,5 ton dizel yanacağı, 11 min 557,8 ton bitum, 683 ton maye qaz, 178,4 ton müxtəlif növ yağlardan ibarət olub: "2015-ci ildə müəssisə satışdan 483,7 min manat mənfəət əldə edib. Görülən işlər nəticəsində yanacaq ehtiyatı yaranıb. 29 dekabr 2015-ci il tarixə müəssisənin anbarlarında 1799,5 ton A-92 benzini, 1934,3 ton dizel yanacağı, 3520 ton mazut, 18,1 ton maye qaz ehtiyatı var".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/naxcivandaki-anbarlarda-ne-qeder-enerji-dasiyicilarinin-oldugu-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR