"İşimə qarışırdılar deyə, "Qəbələ" üçün mahnı bəstələmədim"

"İşimə qarışırdılar deyə, "Qəbələ" üçün mahnı bəstələmədim"
10:57 31 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış bəstəkarımız Eldar Mansurov futbolla bağlı Qaynar.info saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Futbolla aranız necədir?
- Azərbaycanda futbolla maraqlanmayan var ki?! Bizdə necə bütün kişilər futbolla maraqlanırsa, mən də o dərəcədə bu idman növünə azarkeşlik edirəm. Ən çox "Barselona" klubunun oyunlarını izləyirəm. Bu komandanın oyunlarını buraxmamağa çalışıram.

- Bəs daxili futbola maraq dairəniz nə formadadır?
- Bizim futbolla da maraqlanıram. Hələ uşaq vaxtından "Neftçi"yə azarkeşlik edirəm. Həmişə Azərbaycanda yeganə komandam "Neftçi" olub. İndiyədək də bu komandanın azarkeşiyəm. Düzdür, indiki "Neftçi" əvvəlki kimi deyil. Köhnə "Neftçi"dən əsər-əlamət qalmayıb. Bununla belə, paytaxt komandasıdır, "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Düzdür, indi başqa komandaları irəli çıxarıblar. İndi "Qarabağ"la "Qəbələ" ön plandadırlar. Ancaq bu komandalara azarkeşlik etmirəm. Çünki bunların özləri yığma komandalardır. Bu komandaların heyətləri "Neftçi"nin keçmiş futbolçularından və legionerlərdən qurulub. Amma "Neftçi"də həmişə öz oyunçuları çıxış edib. "Neftçi" həmişə yetişdirən komanda olub. Bu komanda Azərbaycan futbolunun həm anası, həm də atasıdır. Təəssüflənirəm ki, SSRİ məkanında tanınan "Neftçi" indi ikinci plana atılıb. İddia etmirəm ki, bizdə danışılmış oyunlar var. Ancaq "Qarabağ" və "Qəbələ"nin irəli çəkildiyi, "Neftçi"yə qarşı isə biganə münasibətin olduğu hiss olunur.

- "Neftçi"nin Müşahidə Şurasının sədri hardasa sizin mədəniyyət sahəsinə yaxın bir insandır. Ancaq Çingiz Abdullayevin dönəmində "Neftçi" daha çox uğursuz çıxışı ilə yadda qalır...
- Belə deyək, bu bir şanssızlıqdır. "Mançester Yunayted"in baş məşqçisi dünyada tanınmış məşqçi Lui van Qaldır. Ancaq nəticə yoxdur. Joze Mourinyu kimi məşqçi "Çelsi"də istefaya getməli oldu. Yəni, mən Çingiz Abdullayev, eləcə də Bəhram Bağırzadənin "Neftçi" üçün necə işlədiyini görürəm. Düşünürəm ki, sadəcə bu bir uğursuzluqdur.

- "Neftçi"nin oyunlarını izləyirsinizmi?
- Əhməd Ələsgərov baş məşqçi olanda oyunlara dostlarla yığışıb baxmağa gedirdim. Onda "Neftçi" üçün mahnı da qoşmuşdum. Hətta "Neftçi"nin oyunları zamanı stadionda bu mahnı səsləndirilirdi. Ancaq Əhməd Ələsgərovun komandadan ayrılmasından sonra o mahnını stadionda səsləndirməməyə başladılar. Bu hardasa mənə pis təsir etdi.

- İndi sizə futbola dair mahnı bəstələmək təklifi gəlsə, razılıq verməyəcəksiniz?
- Niyə vermirəm ki?! Mən "Neftçi"nin bir çox keçmiş futbolçuları ilə yaxından dostam. İqor Ponomaryov həmişə Bakıya gələndə bir yerdə oturub söhbət edirik. Ponomaryov, Maşallah Əhmədov və digərləri ilə əla münasibətlərim var. Onların ad günündə mahnı da qoşmuşdum. "Rəvan" klubunun rəsmi musiqisinin bəstəkarı olmuşam. "Abşeron" komandasına musiqi bəstələmişdim. Ancaq təəssüf ki, bu komanda elitaya çıxsa da, dağıldı. "Qəbələ"dən də mənə musiqi yazdırmaq təklif edilmişdi. Amma sonda imtina etdim...

- Niyə, nə olmuşdu ki?
- Bilirsiniz, mən peşəkar bəstəkaram. Mənə deyildisə ki, bunu belə yazma, belə et, onda özümü rahat hiss etmirəm. Çox işimə qarışırdılar deyə, "Qəbələ" üçün mahnı qoşmaqdan imtina etdim. Verdim özlərinə ki, necə bilirlərsə, elə də etsinlər.

- Bütün Bakı klublarının oyunlarını izləyirsiniz?
- Demək olar ki, bəli. "Neftçi"dən sonra "Bakı", "İnter", AZAL, "Zirə", "Rəvan" kimi komandalara azarkeşlik edirəm. "Bakı" klubuna xüsusi sevgim var. Çünki bu komanda paytaxtımızın adını daşıyır. Ancaq təəssüf ki, Bakı komandalarına qarşı ikinci dərəcəli münasibət var. Onları başı-başına buraxıblar ki, Bakıdır da, özləri üçün oynasınlar. Daha çox rayon komandalarına üstünlük verilir. Düzdür, "Qarabağ" və "Qəbələ"nin yaxşı sponsorları da var. Ancaq SSRİ vaxtı "Neftçi" güclülər dəstəsində oynayan vaxt bu 2 komanda heç yox idi.

- Azərbaycanda müxtəlif qurumlar vasitəsilə ilin futbolçusu və məşqçisi seçildi. Sizin səs vermək hüququnuz olsa, bu nominasiyalarda kimin adını çəkərdiniz?
- Mən belə şeylərə qarşıyam. Futbol komanda oyunudur. Ona görə də kimisə fərqləndirmək düzgün olmaz. Mən belə fikirləşirəm.

- "İnter"in oyunlarını tez-tez izləyirsiniz?
- Bəli. Dostlarla görüşüb bu komandanın oyunlarına da stadionda baxmışam.

- Mətbuatda oğlunuz Ülvi Mansurovun "İnter"in Müşahidə Şurasının sədri olacağı yazılır. Bu nə dərəcədə həqiqətəuyğundur?
- Bilirdim ki, bu sualı sonda gətirib verəcəksiniz. Mən bilmirəm ki, bu xəbər hardan çıxıb. Oğlum Beynəlxalq Bankda işləyir. Amma bu o demək deyil ki, o, "İnter"də işləyəcək. "İnter"in özünün rəhbəri, işçisi var. Bu xəbərlər çıxan kimi dərhal oğlumdan bu haqda soruşmuşam. O da deyib ki, yalan söhbətdir.

- 2016-cı il üçün Azərbaycan futbolundan nə gözləyə bilərik?
-  Vallah, ən yaxşısına ümid etməliyik. Bu il milli komandamız bizi bəzi oyunlarda sevindirdi. Ancaq düşünürəm ki, millidə də baş məşqçi özümüzünkü olmalıdır. Çünki o bizim futbolçuların dilindən daha yaxşı başa düşər. Futbolçularımızda da milli şərəf hissi olmalıdır. Onlar oyunlara çıxanda bayrağımız, torpağımız üçün meydana çıxdıqlarını hiss etməlidirlər. Ümid edək ki, bu idman növündə daha yaxşı uğurlarımız 2016-cı ildə qeyd olunacaq.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01