2016-cı il Qırğızıstanda tarix və mədəniyyət ili elan edilib

2016-cı il Qırğızıstanda tarix və mədəniyyət ili elan edilib
14:53 31 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 31 dekabr, AZƏRTAC
Qırğızıstan Prezidenti Almazbek Atambayevin Fərmanı ilə 2016-cı il tarix və mədəniyyət ili elan olunub.
Sənəddə deyilir ki, 2016-cı ildə Qırğızıstanın dövlət müstəqilliyinin 25 ili tamam olur. Gələn il Qırğızıstan və bütün türk dünyasının böyük mütəfəkkiri Yusif Balasaqunun 1000 illiyi qeyd ediləcək. 2016-cı ildə, həmçinin Qırğızıstanın müstəqilliyi uğrunda mübarizə aparan Taylak Batırın 220, 1916-cı ildə ölkəmizdə baş verən milli azadlıq hərəkatının 100, Qırğızıstan SSR-in 80 illiyi tamam olur.
Qeyd olunur ki, bu şəxsiyyətlər və hadisələr Qırğız dövlətçiliyinin yaradılmasında və inkişafında və Qırğızıstanda yaşayan xalqların tarixi və mədəni irsinin qorunmasında böyük rol oynayıb. Ona görə də, bu və bu kimi digər şəxsiyyətləri yaddan çıxarmamaq, xatırlamaq və gənc nəslə sevdirmək bizim öhdəmizə düşür.
Fərman Qırğızıstan mətbuatında çap edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2016_ci_il_Qirgizistanda_tarix_ve_medeniyyet_ili_elan_edilib-915728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR