Hamilə iş qadınını bıçaqlayıb milyonunu apardılar - VİDEO - FOTO

Hamilə iş qadınını bıçaqlayıb milyonunu apardılar - VİDEO - FOTO
10:47 1 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtı Moskada iki nəfər şəxs hamilə qadına hücum edib. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, cinayətkarlar qadını və ərini döyərək pul olan çantanı alaraq aradan çıxıblar.

Çantanın içində iki milyon rubl pul olub. Özbəkistandan olan ailə cütlüyünə hücumun anı müşahidə kamerasına düşüb. İki cinayətkarın zərərçəkmişlərin üstünə necə atıldıqları və onların çantasını ələ keçirdikləri kadrlardan da aydın görünür.

Hadisə anı

Polisdən verilən məlumatda qeyd edilir ki, soyğunçulara müqavimət göstərən hamilə qadın qarın nahiyəsindən bıçaq zərbəsi alıb. Hazırda zərər çəkənlər xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunçuların şəxsiyyətlərini təyin etməyə çalışırlar. Hücüma məruz qalan Özbəkistandan olan cütlük Kursk bazarında ət dükanına sahibdilər.

Analoji hadisə bir müddət əvvəl Moskvanın mərkəzi küçələrindən birində baş verib. Qabaqcadan qürbanı haqda məlumat alan cinayətkarlar evin girişində ailəvi cütlüyə hücüm edərək onların pul dolu çomadanını ələ keçirərək aradan çıxıblar. Polis isti izlərlə soyğunçuların izinə düşsədə hələ indiyədək onlar tapa bilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR