Yeni ilin gəlişi münasibətilə Naxçıvanda bayram şənlikləri keçirilib

Yeni ilin gəlişi münasibətilə Naxçıvanda bayram şənlikləri keçirilib
17:33 1 Yanvar 2016
73 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 1 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının sakinləri 2016-cı ilin ilk günlərini böyük sevinc hissi ilə qarşılayırlar. İnsanlar əmindirlər ki, ölkəmizin davamlı inkişafı və tərəqqisi bu il də bütün sahələrdə nailiyyətlərin qazanılmasına imkan verəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 1-də ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikanın şəhər və rayon mərkəzlərində də bayram şənlikləri keçirilib.
Naxçıvan şəhərinin sakinləri ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdəki mərkəzi meydanda təşkil olunan bayram şənliyinə toplaşmışdı. Yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının göstərdikləri səhnəciklər şənliyə gələnlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Mərkəzi meydanda 40-dan artıq istehsal və xidmət müəssisəsi tərəfindən ictimai-iaşə xidməti göstərilib, sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyinin keçirildiyi mərkəzi meydana gəlib, sakinlərin Yeni il bayramını təbrik edib.
Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, uşaqlara hədiyyələr verib.
Muxtar respublikada Yeni il şənlikləri bayram günlərində davam edəcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_ilin_gelisi_munasibetile_Naxchivanda_bayram_senlikleri_kechirilib-915819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR