Bakı, 10 fevral, AzərTAc
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 20-də Biləsuvar şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin inzibati binasında vətəndaşlar üçün qəbul keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbulda Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonları sakinlərinin şikayət və təklifləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ( telefonlar: 050-677-47-17, 050-407-45-54, 025-24-5-27-93) ilə əlaqə saxlaya bilərlər.