Xamenei Səudiyyə hökümətini hədələdi

Xamenei Səudiyyə hökümətini hədələdi
14:06 3 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

İranın ali dini lideri Əli Xamenei dekabrın 2-də Səudiyyə hökümətinin şiə din alimi Nimr ən-Nimri edam etməsinə münasibət bildirib.

ANS PRESS-in xarici KİV-nə istinadən verdiyi məlumata görə, Xamenei bu adımına görə Səudiyyə Ərəbistanı hökümətini sərt tənqid edib və bildirib ki, bu hərəkətlərinə görə Səudiyyə siyasətçilərini "müqəddəs cəza" gözləyir:

"Ər-Riyad Tehranın ən-Nimrin edamı haqqında bəyanatlarını "düşmənsayağı" qiymətləndirdi. Şübhəsiz ki, burada günahsız məzlumun qanı qanunsuz şəkildə tökülüb. Ona görə də, səudiyyə siyasətçilərini də bu addımlarına görə, müqəddəs sayılacaq bir cəza gözləyir", -deyə Xamenei ruhani nümayəndələr qarşısında etdiyi çıxışı zamanı bildirib.


Nimr ən-Nimr- edam edilən şiə din alimi

Ötən gün Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.

Haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz-Zəhrani və digər din xadimi Şeyx Nimr ən-Nimr də var.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyan edib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər. Onlar terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.

Edam edilənlərin 45 nəfəri Səudiyyə vətəndaşı olub və onların əksəriyyəti 2003-2006-cı illərdə terror aktları törətmiş “Əl-Qaidə” üzvləri olduğu bildirilir. Səudiyyə Ərəbistanı kütləvi informasiya vasitələrində isə deyilir ki, edam edilənlər mülki şəxsləri və krallığın təhlükəsizlik qüvvələrini hədəfə alan terror aktları törətməkdə ittiham ediliblər.



Hadisədən sonra Tehran sakinləri bu şəhərdə yerləşən Səudiyyə Ərəbistanı səfirliyinə hücüm ediblər.

Etirazlar zamanı Səudiyyə Ərəbistanının səfirliyinə hücüm edilməsi haqda məlumat "Twitter" sosial şəbəkəsində yayılıb. Bəzi şəkillərdə səfirliyinin binasının yandığı, bəzilərində isə səfirliyin içərisində ki otaqlarda mebellərin sındırıldığı görünür.

İnsidentlə bağlı İranın xarici işlər nazirliyi (XİN) vətəndaşları səfirlik əməkdaşlarına hörmət etməyə çağıran bəyanat yayıb.

İnsidentdə iştirak edən 40 nəfəri İran polisi həbs edib, eyni zamanda basqınçılar səfirliyin binasından çıxarılıb.



Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi


Etiraz aksiyalarının baş tutduğu Tehran şəhərinin xəritəsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR