Evə mərmi düşdü - Ev sahibi süfrə başında öldü

Evə mərmi düşdü - Ev sahibi süfrə başında öldü
19:05 3 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkr vilayətində evə mərmi düşüb. 

Musavat.com-un məlumatına görə, süfrə başında yemək yeyən 1 nəfər ölüb, iki nəfər isə yaralanıb. Hadisə 2 dekabrdan etibarən silahlı qarşıdurmaların intensiv davam etdiyi Sur rayonunun İsgəndərpaşa məhəllərində meydana gəlib. 

Minaatandan atılan mərmi ikimərtəbəli evin ikinci mərtəbəsinə düşüb. Bu vaxt ailə süfrə başındaymış. 
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı istintaq başladılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR